Məşhur amerikalı aktyorun və arvadının ölümündə MÜƏMMA

Məşhur amerikalı aktyorun və arvadının ölümündə MÜƏMMA






presstv

"Presstv"az #Ailə, #Aktyor, #Dəm qazından zəhərlənmə, #Hakim, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Amerikalı aktyor Cin Hekman cəsədi tapılmazdan haradasa 10 gün qabaq ölübmüş.

presstvaz-ın CNN-ə istinadla məlumatına görə, bu barədə Santa-Fe şəhərinin şerifi Adan Mendoza xəbər verib.

O, aktyorun kardiostimulyator məlumatlarına əsaslanıb.

“Aktivlik məlumatlarına görə, aktyor Cin Hekmanın kardiostimulyatoru onun böyük ehtimalla doqquz gün ərzində ölü vəziyyətdə olduğunu göstərir. O və həyat yoldaşı Nyu-Meksikodakı evlərində ölü tapılmamışdan çox əvvəl vəfat etmiş ola bilərlər”, – deyə nəşrdə bildirilir.

Kardiostimulyatorun son aktivliyi 17 fevralda qeydə alınıb.

Xatırladaq ki, fevralın 27-də Cin Hekman və onun həyat yoldaşı, pianoçu Betsi Arakava Santa-Fe şəhərindəki evlərində ölü tapılıblar.

Polis hələlik zorakılıq əlamətləri aşkar etməyib, amma hakimiyyət orqanları cəsədlərin tədqiq edildiyini və onların dəm qazından zəhərlənmədiklərini açıqlayıb.

Aktyorun qızlarından biri Lesli Enn Hekman atasının və anası Betsi Arakavanın ölümünün sirr olaraq qaldığını bildirib. Onun sözlərinə görə, ailə cütlüyün ölüm səbəbi ilə bağlı hüquq-mühafizə orqanlarından cavab gözləyir və hələ də baş verənləri anlamağa çalışır. Eyni zamanda, aktyorun qızı atasının hər hansı bir problemi olduğuna dair heç bir əlamət olmadığını vurğulayıb.

Qeyd edək ki, evində ölü vəziyyətdə tapılan Hekman 95, həyat yoldaşı Arakava isə 63 yaşında olub. Hollivud ulduzu “The French Connection” və “Unforgiven” filmlərindəki rollarına görə iki dəfə “Oskar” mükafatına layiq görülüb.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv