Dövlət Departamenti İsrailə milyardlarla dollarlıq yeni silah satışına RAZILIQ VERDİ

Dövlət Departamenti İsrailə milyardlarla dollarlıq yeni silah satışına RAZILIQ VERDİ






presstv

"Presstv"az #ABŞ, #ABŞ Dövlət Departamenti, #Ailə, #Dollar, #Donald Tramp, #Haber Global, #İsrail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Dövlət Departamenti İsrailə təxminən üç milyard dollar dəyərində bomba, təlimat dəstləri və digər silahların satışına razılıq verib.

presstvaz-ın “Haber Global”a istinadən xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən (DSCA) məlumat verilib.

Məlumata görə, ümumilikdə üç fərqli silah satışının təsdiqi üçün Konqresə rəsmi şəkildə müraciət edilib. Satışlardan biri 2.4 milyard dollar dəyərində 35 500-dən çox “MK-84” və “BLU-117” bombası ilə 4 000 “Predator” döyüş başlığını, digəri 675.7 milyon dollar dəyərində döyüş sursatlarını, üçüncüsü isə 295 milyon dollar dəyərində “D9R” və “D9T” model “Caterpillar” buldozerləri və əlaqəli avadanlıqları əhatə edir.

Sözügedən silah satışı ABŞ Prezidenti Donald Tramp Administrasiyası tərəfindən bu ay İsrailə verilən ikinci satış paketi olaraq qeyd edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv