Starmer tərəfini BƏLLİ ETDİ: Baş nazir Ağ Evdəki hadisəyə görə Zelenskini dəstəklədi

Starmer tərəfini BƏLLİ ETDİ: Baş nazir Ağ Evdəki hadisəyə görə Zelenskini dəstəklədi






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Böyük Britaniy, #Böyük Britaniya, #Donald Tramp, #Jurnalistlər, #Mətbuat konfransı, #Ukrayna, #Vaşinqton, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında baş verən mübahisədən sonra Ukraynaya dəstəyini ifadə edib.

presstvaz   xəbər verir ki, bu barədə Britaniya baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, baş nazir Tramp və Zelenskinin görüşündən sonra hər iki liderlə telefon danışığı aparıb.

“Onun (Starmer – red.) Ukraynaya sarsılmaz dəstəyi davam edir. O, Ukraynanın suverenliyi və təhlükəsizliyi əsasında davamlı sülhün yolunu tapmaq üçün əlindən gələni edir”, – deyə mətbuat xidmətindən qeyd edilib.

Bundan əlavə, Starmer 2 mart tarixini və beynəlxalq liderlərlə, o cümlədən Zelenski ilə görüşü səbirsizliklə gözlədiyini bildirib.

Xatırladaq ki, fevralın 28-də Ağ Evdə Zelenski və Trampın görüşü baş tutub. Ukrayna prezidenti Vaşinqtona nadir metallar üzrə saziş imzalamaq üçün gəlsə də, danışıqlar jurnalistlərin gözü önündə mübahisə ilə başlayıb. Nəticədə Volodimir Zelenski heç bir saziş imzalamadan və mətbuat konfransı keçirmədən Ağ Evi vaxtından əvvəl tərk edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv