Azərbaycan mümkünsüz olanı real etdi: “ACWA Power” “yaşıl enerji” layihəsini necə reallaşdırır?

Azərbaycan mümkünsüz olanı real etdi: “ACWA Power” “yaşıl enerji” layihəsini necə reallaşdırır?






presstv

"Presstv"az #Azərbaycan, #Çin, #Dollar, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“COP BAKU” layihəsinin yeni buraxılışında Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin inşa etdiyi “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının əhəmiyyətindən danışılıb.

presstvaz   Baku TV-yə istinadən məlumat verir ki, artıq minlərlə ev elektrik enerjisini məhz Qobustandakı Külək Elektrik Stansiyasından əldə edəcək.

“ACWA Power” şirkətinin Azərbaycanda quraşdırdığı külək turbinləri Çinin ən müasir zavodlarında istehsal edilir. Turbinlərin ömrü isə 25 ildir.

Quraşdırılan hər bir turbinin işıqlandırdığı evlərin sayı minlərlə ölçülür. “Xızı-Abşeron” layihəsinin digər hissəsi Xızıda icra olunur. Hər iki ərazidə turbinlərin inşası üçün şirkət 300 milyon dollardan çox vəsait cəlb edib.

Diqqətə çatdırılıb ki, layihə çərçivəsində Qobustanda 12, Xızıda isə 25 ədəd turbin quraşdırılacaq. Qobustanda işlərin icrasına başlanılıb. Hazırda 4 turbin quraşdırılıb. Qarşıdakı 2 ay ərzində 8 turbinin tamamlanması planlaşdırılır.

Xızıda isə layihənin icrasına aprel ayının ilk həftəsində start veriləcək. 12 turbin sentyabrda, 13-ü isə noyabrda quraşdırılacaq.

Qeyd edilib ki, bir turbin 6,5 meqavat gücündədir. Təxminən 8500 evi işıqla təmin edə bilər.

Ümumilikdə isə iki stansiya birlikdə 300 min evi işıqlandıracaq.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv