Rəsmi Bakı: “Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı iddiaları tamamilə əsassızdır”

Rəsmi Bakı: “Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı iddiaları tamamilə əsassızdır”






presstv

"Presstv"az #Ayxan Hacızadə, #Azərbaycan, #Azərbaycan Xarici İşlər Nazirliyi, #Cinayət işi, #Ermənistan, #Ermənistan XİN, #Hadisə, #Müharibə, #SSRİ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistan Xarici İşlər Nazirliyinin Sumqayıt hadisələri ilə bağlı 27 fevral tarixli bəyanatında ölkəmizə qarşı irəli sürdüyü iddialar tamamilə əsassız olmaqla yanaşı, tarixi faktların təhrif edilməsi və saxtalaşdırılmasıdır.

presstvaz   xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı bəyanatına dair şərhində deyilir.

“Bu bəyanat, 1980-ci illərin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız və qeyri-qanuni ərazi iddialarını həyata keçirmək məqsədilə zorakılıq əməllərini, Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalinin kütləvi qovulmasını, Azərbaycan xalqına qarşı terroru, etnik zəmində təxribatları və hərbi gücdən istifadəni ört-basdır etmək cəhdləridir.

Ermənistan XİN-nə xatırladırıq ki, Sumqayıtda etnik zəmində törədilən iğtişaş SSRİ və Ermənistan rəhbərliyinin, erməni şovinist ideoloqların və ekstremist təşkilatların öncədən düşünülmüş və planlaşdırılmış məqsədyönlü təxribatlarının tərkib hissəsi idi”, – o bildirib.

XİN rəsmisi qeyd edib ki, SSRİ Baş Prokurorluğu tərəfindən hadisə ilə bağlı cinayət işi açıldığı, nəticədə iğtişaşların icraçıları və əlbir olan şəxslər, həmçinin ümumi sayı 32 nəfərdən ibarət qurbanlar müəyyən edildiyi hər kəsə məlumdur.

“Hadisənin qurbanları arasında 6 nəfəri azərbaycanlının olması sübut edir ki, bu iğtişaşlar azərbaycanlı əhali tərəfindən həyata keçirilməmişdi.

Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, hadisələrin səbəbkarı, yürüşə başçılıq edən, şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 qadına təcavüz edən şəxs milliyyətcə erməni olan Eduard Qriqoryan olub və onun barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplanıb. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb və daha sonradan azadlığa buraxılıb.

27-29 fevral 1988-ci il tarixli Sumqayıt hadisələri ilə əlaqədar məhkəmə prosesinin nəticələri ilə bağlı təqsirkar bilinən 92 nəfər barəsində həbs cəzası verilib, həmçinin bir nəfər ölüm cəzası alıb.

Müqayisə üçün onu da qeyd etmək istərdik ki, 1980-ci illərin sonlarında Ermənistan SSRİ-də azərbaycanlıların tarix boyu sıx yaşadıqları rayonlardan 300 minə yaxın əhalinin zorla qovulması zamanı 200-dən çox azərbaycanlının ölümündə təqsirli olanlar barəsində heç bir tədbir görülməyib.

Bununla yanaşı, Azərbaycan ərazilərinə qarşı hərbi təcavüz zamanı Ermənistanın Xocalı daxil olmaqla bir çox şəhər və kəndlərdə törətdiyi çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətləri törədənlərdən heç kimin bu günədək hüquqi məsuliyyətə cəlb olunmadığı Ermənistan XİN-ə məlumdur.

Ermənistan XİN-nə xatırladırıq ki, Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir hissəsində Ermənistanın onilliklər boyu davam edən hərbi işğalına son qoyub, ərazi bütövlüyü və suverenliyini təmin edib.

Ermənistan tərəfinin guya ermənilərə qarşı 2023-cü ildə “etnik təmizləmə” siyasəti həyata keçirildiyi barədə iddialar səsləndirmək əvəzinə, nəinki indiki Ermənistan ərazisində, eləcə də işğal dövründə azərbaycanlılar və Azərbaycan irsinə qarşı törətdiyi cinayət əməllərinə nəzər yetirməsi daha faydalı olardı”, – o qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv