Prezidentinin xüsusi nümayəndəsi: “Gələn ilin sonuna kimi Ağdama 20 mindən çox əhali köçürüləcək”

Prezidentinin xüsusi nümayəndəsi: “Gələn ilin sonuna kimi Ağdama 20 mindən çox əhali köçürüləcək”






presstv

"Presstv"az #Azərbaycan, #Füzuli, #Jurnalistlər, #Körpə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azad edilmiş rayonlarda bütün layihələndirmə işləri tamamlamaq üzrədir, bir çox layihələrin tikinti proseslərinə start verilib, qalanları isə bu ilin ikinci yarısında başlayacaq”.

presstvaz   xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

“2026-cı ilin sonuna qədər dövlət proqramında nəzərdə tutulmuş bütün layihələr tam icra olunması planlaşdırılır.

Xatırladım ki, bu yaxınlarda dövlət başçısının və birinci xanımın Ağdam şəhərinə səfəri zamanı görülən işlərlə bağlı tanışlıq səfəri baş tutub. Bu səfərdə həm birinci, həm ikinci yaşayış kompleksləri, həm Ağdam Muğam Mərkəzi, eləcə də şəhərdə inşa olunan müxtəlif özəl layihələr, o cümlədən “Hilton Garden Inn”lə tanışlıq baş tutub, məktəb, körpələr evi və digər obyektlərlə tanışlıq həyata keçirilib.

Məlumat üçün qeyd edim ki, sadəcə olaraq bu il ərzində Ağdamın şəhərin ətrafında olan üç kəndə və Ağdam şəhərinin özünə on minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulur.

Ümumilikdə isə 2026-cı ilin sonuna qədər nəzərdə tutulan Ağdam şəhərinə 20 mindən çox əhalinin köçürülməsini nəzərdə tutulur”,- deyə E. Hüseynov bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv