Bakının yerinə 2 şəhərdən biri paytaxt ola bilər – “Araz sahilində yerləşən…”

Bakının yerinə 2 şəhərdən biri paytaxt ola bilər – “Araz sahilində yerləşən…”






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Mətbuat Şurası, #Rəşad Məcid, #Şuşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ağdamda və Xankəndidə Azərbaycanın yeni paytaxtı salına bilər”.

presstvaz xəbər verir ki,bunu “Yeni Sabah”a Mətbuat Şurasının rəhbəri Rəşad Məcid bildirib.

O, paytaxtın dəyişdirilməsi müzakirələrinə bu cür rəy bildirib:

“Cənab Prezident Ağdama, Xocalıya, Xankəndiyə son səfərində 1 nömrəli Ağdam məktəbində də oldu. Bu səfər mənim üçün də çox təsirli idi. Ona görə ki, mən də həmin 1 nömrəli məktəbdə oxumuşam. Hazırda o məktəbin tikintisi gedir. Ağdamdakı yeni quruculuq işləri ilə də tanışam. Həmişə də demişəm ki, Ağdam yaddaşımızda olan, uşaqlığımızın keçdiyi Ağdamdan daha əzəmətli və böyük şəhər olacaq. Mən hələ zəfərimizdən öncə həmişə deyirdim ki, Ağdamda gələcəkdə 1 milyonluq şəhər salmaq lazımdır”.

Rəşad Məcid bildirib ki, Ağdam və Xankəndi paytaxt üçün əlverişli namizəd şəhərlərdir:

“Vaxtilə biz “525” qəzetində yeni paytaxta ehtiyac başlığı ilə yazılar yazırdıq. O yazılarda Azərbaycanın, Bakının yüklənməsi ilə bağlı problem qaldırılırdı. Eyni zamanda, Azərbaycanın hansı regionunda yeni paytaxtın daha münasib olacağı barədə fikirlər səslənirdi. Müxtəlif regionların adı çəkilirdi.

Zəfərimzidən sonra, əlbəttə, şərait başqadır. Mən arzulayıram və düşünürəm ki, ya Araz sahilində yerləşən hansısa şəhərimizdə, yaxud Ağdamda və Xankəndidə Azərbaycanın yeni paytaxtı salına bilər. İnfrastrukturu inkişaf etmiş, böyük bir şəhərdə yeni paytaxt salına bilər.

Arzulayırıq ki, belə bir istək reallaşsın. Ağdamın böyük ənənələri var. Ağdam Qarabağın iqtisadi, mədəni mərkəzi olub. Şuşa Azərbaycanın mədəni mərkəzi kimi inkişaf edir. Hesab edirəm ki, Ağdam da bir iqtisadi paytaxt kimi inkişaf edə bilər. Gələcəkdə siyasi paytaxtımızın da dəyişməsi arzuolunandır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv