İtkin düşən balıqçıların yaxınları danışdılar: “Saat 4-dən evdən çıxıblar, qayıtmayıblar”

İtkin düşən balıqçıların yaxınları danışdılar: “Saat 4-dən evdən çıxıblar, qayıtmayıblar”






presstv

"Presstv"az #Ailə, #Çin, #dənizdə, #Gəmi, #Hadisə, #Şəmkir, #Şəmkir rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mingəçevir su anbarının Samux rayonu ərazisinə düşən hissəsində iki nəfər batıb.

presstvaz   Baku TV-yə istinadən məlumat verir ki, hadisə su anbarının rayonun Qarağaclı kəndi yaxınlığındakı hövzəsində qeydə alınıb.

Batan şəxslərin balıqçılıqla məşğul olan Şəmkir rayonu, Çinarlı qəsəbəsi sakini, 26 yaşlı Müşfiq İsmayılov və Samux rayonu, Seyidlər kənd sakini, 22 yaşlı İsmayıl Şubliyev olduğu bildirilir.

İsmayıl Şubliyevin xalası Gözəl Həsənovanın sözlərinə görə, hadisə barədə səhər saatlarında xəbərdar olublar:

“Mingəçevirdə uşaqlarla işləyirdi. Dünən səhər hamıya xəbər çatdı ki, İsmayıl yoxdur. Hamımız bərbad gündəyik”.

“Dünən saat 4-dən balıq tutmaq üçün çıxıblar. Deyilənə görə, dənizdə dalğa olub, giriblər, qayıtmayıblar”, – su anbarında batan İsmayılın babası İsmayıl Şubliyev bildirib.

Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən batan şəxslərin axtarışları davam etdirilir.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv