Ermənistanda rusiyalı iş adamı Karapetyanın vəkili saxlanıldı

Ermənistanda rusiyalı iş adamı Karapetyanın vəkili saxlanıldı






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistanda rusiyalı iş adamı Samvel Karapetyanın vəkillərindən biri – Ruben Akopyan saxlanılıb.

presstvaz-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Vəkillər Palatası məlumat yayıb.

“Ermənistan Respublikası Vəkillər Palatası Şurasının üzvü Ruben Akopyanın saxlanılması faktı diqqət mərkəzindədir”, – deyə təşkilatın mətbuat xidməti tərəfindən yayılan bəyanatda bildirilib.

Həmçinin vurğulanıb ki, palata Ruben Akopyanın müdafiə komandası ilə birbaşa əlaqədədir və onun hüquqlarının qorunması üçün görüləcək tədbirlərin əhatə dairəsi müzakirə olunur.

Bəyanatda xatırladılıb ki, palatanın əsas vəzifələrindən biri dövlət və yerli özünüidarəetmə orqanları ilə münasibətlərdə, eləcə də məhkəmələrdə öz üzvlərinin hüquq və qanuni maraqlarını qorumaqdır.

Daha əvvəl Ermənistan KİV-ində Akopyanın saxlanılması ilə bağlı yayılan məlumatlarda qeyd olunurdu ki, məsələ Ermənistanın Lori bölgəsində aparılan cinayət işi çərçivəsində ədalət mühakiməsinin həyata keçirilməsinə və ya istintaq prosesinə mümkün müdaxilə ilə əlaqədardır.

İstintaq orqanları saxlanılmanın səbəbləri barədə hələlik rəsmi açıqlama verməyiblər.

Qeyd edək ki, Akopyan həm də Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın (2008-2018) vəkilidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv