Lerikdə qar örtüyünün hündürlüyü 24 santimetrə çatıb

Lerikdə qar örtüyünün hündürlüyü 24 santimetrə çatıb






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Biləsuvar, #Füzuli, #İmişli, #Lənkəran, #Milli Hidrometeorologiya Xidməti, #Ordubad, #Sabirabad, #Şamaxı, #Şəki, #Şəmkir, #Şuşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

presstvaz bildirir ki,  Bu barədə   Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 15-i saat 10:00-a olan məlumatına əsasən, yağan qar örtüyünün hündürlüyü Lerikdə 24, Qrızda 16, Şahdağda 10, Şahbuzda səkkiz, Qobustan, Şuşada yeddi, Kəlbəcər, Sədərək, Laçın, Daşkəsəndə beş, Xankəndi, Şərur, Gədəbəydə üç, Göygöl, Qusarda iki, Xocalı, Şəki, Zaqatala, Şamaxı, Naxçıvanda bir santimetr olub.

Bəzi yerlərdə yağış yağıb. Belə ki, düşən yağıntının miqdarı Neftçalada 12, Kürdəmirdə yeddi, Ağsuda altı, İmişli, Sabirabadda beş, İsmayıllı, Zərdabda dörd, Göyçay, Beyləqan, Biləsuvar, Lənkəranda iki, Culfa, Ordubad, Balakən, Yardımlı, Astarada bir, Bakıda və Abşeron yarımadasında isə doqquz millimetrədək olub.

Sumqayıt, Naxçıvan, Şərur, Daşkəsən, Gədəbəy, Naftalan, Şəmkir, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Xaltan, Şahdağ, Tərtər, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Bərdə, Yevlax, Hacıqabul, Göyçay, Beyləqan, Neftçala, Sabirabad, Goranboy, Ağdam, Qəbələ, Şəki, Zaqatala, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında üç, Aran rayonlarında dörd dərəcəyədək isti, Naxçıvan MR-da altı, dağlıq rayonlarda 11, yüksək dağlıq rayonlarda isə 18 dərəcəyədək şaxta qeydə alınıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv