İlon Maskın “OpenAI” şirkətini almaq cəhdi uğursuzluğa düçar oldu

İlon Maskın “OpenAI” şirkətini almaq cəhdi uğursuzluğa düçar oldu






presstv

"Presstv"az #ABŞ, #Dollar, #İlon Mask, #Microsoft, #OpenAI, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Hökumətin Səmərəliliyinin Artırılması İdarəsinin (DOGE) rəhbəri İlon Maskın “OpenAI” şirkətini almaq cəhdi uğursuzluğa düçar olub.

Belə ki, “OpenAI” texnologiya korporasiyasının Direktorlar Şurası Mask tərəfindən şirkətin fəaliyyətinə nəzarət edən qeyri-kommersiya təşkilatını alma təklifinə rədd cavabı verib.

presstvaz-ın məlumatına görə, bu barədə “OpenAI”nin “X”dəki səhifəsində dərc edilmiş bəyanatından məlum olub.

Şirkət bəyanatda qeyri-kommersiya missiyasına və ümumi süni intellektin (AGI) bütün bəşəriyyətə faydasını təmin etmək səylərinə sadiq qaldığını vurğulayıb. “OpenAI”dan həmçinin qeyd edilib ki, şirkətin hər hansı potensialının yenidən təşkili onun qeyri-kommersiya statusunu və məqsədlərini yalnız gücləndirəcək.

Xatırladaq ki, Mask investorlar konsorsiumuna müraciət edərək qeyri-kommersiya təşkilatına 97.4 milyard dollar almağı təklif edib. Fevralın 10-da Maskın vəkili Mark Toberoff “OpenAI”un Direktorlar Şurasına ərizə təqdim edib.

Maskın bu addımı “OpenAI” və onun rəhbəri Sem Altman ilə qarşıdurmasının davamıdır. “OpenAI”nin təsisçilərindən olan, lakin 2018-ci ildə direktorlar şurasını tərk edən Mask, şirkətin kommersiyalaşma və “Microsoft” ilə əməkdaşlıq kursuna qarşıdır.

Mask, 2015-ci ilin dekabrında Sem Altman, İlya Sutskever, Qreq Brokman və başqaları ilə birlikdə “OpenAI”nin təsisçilərindən biri olub. O, şirkətin Direktorlar Şurasından ayrılandan 5 il sonra – 2023-cü ilin yazında “OpenAI”nin birbaşa rəqibi olacağı hesab edilən “xAI” adlı öz süni intellekt startapını yaradıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv