Almaniyada misli görünməmiş bank soyğunu: 10 milyon avro rahatlıqla oğurlandı

Almaniyada misli görünməmiş bank soyğunu: 10 milyon avro rahatlıqla oğurlandı






presstv

"Presstv"az #Almaniya, #Avto, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniyanın Lцbek şəhərində ölkə tarixinin ən cəsarətli bank soyğunlarından biri baş verib. Cinayətkarlar “Deutsche Bank”ın yerli filialının saxlanclarına daxil olaraq 326 seyfi boşaldıblar. Ümumilikdə 10 milyon avro dəyərində nağd pul, qızıl və qiymətli kağızlar oğurlanıb.

presstvaz  bu barədə “Bild” nəşrinə istinadən xəbər verir.

Soyğunçular hadisəni əvvəlcədən dəqiq planlaşdırılmış sxem üzrə həyata keçiriblər. Onlar əvvəlcədən bankda seyf icarəyə götürərək zirzəmi bölməsinə çıxış əldə ediblər. Təyin olunmuş gün cinayətkarlar bankın daxilində gizlənərək filialın bağlanmasını gözləyiblər. Gecə boyu seyfləri maneəsiz açan dəstə, qənimət dolu çantaları avtomobilə yerləşdirərək izlərini itiriblər.

Məlum olub ki, bankın saxlanclarında nə videomüşahidə kameraları, nə də hərəkət sensorları mövcud olub. Bu isə soyğunçuların işini xeyli asanlaşdırıb. Hadisədən sonra “Deutsche Bank” təhlükəsizlik tədbirlərini gücləndirsə də, zərərçəkmiş müştərilərə kompensasiya ödəməkdən imtina edib. Bu qərar isə ictimaiyyətdə kəskin narazılığa səbəb olub.

Polis hadisə ilə bağlı istintaqı davam etdirir, lakin cinayətkarlar hələ də tapılmayıb. Bank rəhbərliyi isə məsələ ilə bağlı hər hansı açıqlama verməkdən imtina edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv