Üç övladı da xəstə olan ana yardım diləyir: “Bəzən günlərlə yemək ala bilmirəm”

Üç övladı da xəstə olan ana yardım diləyir: “Bəzən günlərlə yemək ala bilmirəm”






presstv

"Presstv"az #Həkim, #Köməyə ehtiyacı olan insanlar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fidan, Məryəm və Tahət Hüseynovların yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

presstvaz  bildirir ki, bu barədə Oxu.Az-a onun anası Vəfa Əliyeva məlumat verib.

O bildirib ki, Məryəm neyrofibromatoz xəstəliyindən (Reklinqxauzen xəstəliyi), Fidan qıcolma, oğlu Tahət isə böyrək problemindən əziyyət çəkirlər:

“Fidanın 14, Tahətin 11, Məryəmin isə 10 yaşı var. Fidan anadangəlmə qıcolmadan, Məryəm neyrofibromatoz xəstəliyindən, Tahət isə böyrək xəstəliyindən əziyyət çəkirlər. Fidan elə doğulandan dərmanlarla yaşayır, dərmanlarını istifadə edə bilməyəndə qıcolmaları artır, Tahət isə sidiyə gedə bilmir. Artıq iki dəfə əməliyyat olunub. Məryəmin isə vəziyyəti göz qabağındadır. Övladlarımın içində ən ağırı odur. Məryəmin üzündəki şiş günü-gündən böyüyür, qulağına və gözlərinə problem yaradır. Həkimlər hazırda onun müalicəyə alınmalı olduğunu, daha sonra isə əməliyyatla qulağındakı şişi götürəcəklərini deyiblər”.

Gənc ana övladlarına təkbaşına baxdığını deyib:

“Uşaqlarımın atası illər əvvəl bizi atıb, özünə yeni həyat qurub. Nə maddi dəstək olur, nə övladları ilə maraqlanır. Övladlarımı Məryəmin pensiyası və xadiməlik edərək qazandığım pulla dolandırmağa çalışıram. İnanın, vəziyyətimiz çox ağırdır. Bəzən günlərlə uşaqlara normal yemək bişirə bilmirəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 826-33-61.

“Kapital Bank”: 4169 7388 9844 3787.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv