“Volvo EX90” elektrokarı satışa çıxarılarkən ciddi problemlə üzləşib

“Volvo EX90” elektrokarı satışa çıxarılarkən ciddi problemlə üzləşib






presstv

"Presstv"az #ABŞ, #Cənubi Koreya, #Çin, #Dollar, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Volvo” şirkəti yeni “Volvo EX90” elektrokarını satışa çıxararkən ciddi problemlə üzləşib.

Bu barədə  presstvaz “32cars” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Çin akkumulyatorlarına idxal rüsumlarının artması səbəbindən şirkət qiyməti 3 300 dollar qaldırmağa məcbur olub. İndi elektrokarın qiyməti 81 290 dollardan başlayır.

“Volvo EX90″ın ABŞ-də yığılmasına baxmayaraq, onun üçün akkumulyatorları Çinin CATL şirkəti tədarük edir. Bu da maya dəyərinə mənfi təsir göstərir, ona görə də, “Volvo” fəal şəkildə ABŞ-də yeni təchizatçı axtarır. Mümkün tərəfdaşlar arasında Cənubi Koreyanın “SK On” və artıq ABŞ-də zavodları olan Yaponiyanın “AESC” şirkətləri var.

“Volvo EX90” 500 km-ə qədər gediş məsafəsi və 496 at qüvvəsinə qədər gücə malik geniş elektrokrossoverdir. Bununla belə, qiymətinin yüksək olması onu bir çox alıcı üçün əlçatmaz edir. Eyni zamanda, şəhər üçün elektrokar bazarı böyüməyə davam edir və “Volvo” rəqabəti nəzərə almalı olacaq.

Şirkət “EX90″ın ​​qiymətini aşağı sala biləcək yerli akkumulyator tədarükçüsü tapmağa ümid edir. Lakin hələlik sahiblər artan xərclərlə barışmalı olacaqlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv