İlon Maskın şirkəti Dubayda yeraltı tunellər şəbəkəsi quracaq

İlon Maskın şirkəti Dubayda yeraltı tunellər şəbəkəsi quracaq






presstv

"Presstv"az #ABŞ, #Birləşmiş Ərəb Əmirlikləri, #İlon Mask, #Nəqliyyat, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) süni intellekt məsələləri naziri Ömər bin Sultan əl-Ulama “Dubai Loop” geniş yeraltı tunellər şəbəkəsi layihəsini elan edib və bu tunellər İlon Maska məxsus “Boring Company” tərəfindən tikiləcək.

presstvaz-ın TASS-a istinadən xəbərinə görə, bu barədə nazir Dubayda keçirilən Ümumdünya Hökumət Sammitində çıxışı zamanı məlumat verib.

“Biz “Dubai Loop” birgə layihəsini həyata keçirmək niyyətindəyik və bu, şəhərin ən sıx məskunlaşmış rayonlarını əhatə edəcək ki, insanlar bir nöqtədən digərinə gedib çata bilsinlər”, – deyə Ömər bin Sultan əl-Ulama bildirib.

İlon Maskın sözlərinə görə, Dubayda tunellər şəbəkəsi “soxulcan dəliyi”nə bənzəyəcək.

“Siz sadəcə olaraq şəhərin bir yerindən girirsiz və tuneldən keçməklə özünüzü başqa yerdə tapırsınız”, – deyə Mask sammitin plenar sessiyasında layihənin təqdimatı zamanı qeyd edib.

İ.Mask 2016-cı ildə “Boring Company”ni təsis edib. Şirkət ABŞ-nin böyük şəhərlərində nəqliyyat problemlərini həll etmək üçün tunellərin işlənib hazırlanmasını və tikintisini həyata keçirir. Dubay ABŞ-dən kənarda ilk şəhərdir ki, şirkət yeraltı tunellər şəbəkəsi qurmağı planlaşdırır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv