Mahir Emreli Cənubi Koreya yolunda: “Nürnberq”dən gedir

Mahir Emreli Cənubi Koreya yolunda: “Nürnberq”dən gedir






presstv

"Presstv"az #Almaniya, #Azərbaycan, #Cənubi Koreya, #Futbol, #Mahir Emreli

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan millisinin və “Nürnberq” klubunun hücumçusu Mahir Emrelinin yeni ünvanı bəlli olub.

presstvaz   “Bild” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı forvard karyerasını Cənubi Koreyada davam etdirəcək.

Yeni klubunun adı açıqlanmasa da, futbolçunun Cənubi Koreyaya yollanacağı dəqiqləşib.

Hazırda Almaniya klubu ilə işləri yolunda getməyən Mahir Emreli komanda ilə məşqlərə də qatılmayıb. “Nürnberq”in baş məşqçisi Miroslav Kloze Mahir Emreliyə ehtiyacı olduğunu bildirsə də, azərbaycanlı futbolçu komandada qalmaq istəmədiyini təsdiqləyib.

Qeyd edək ki, 2024-cü ilin avqustunda “Dinamo Zaqreb”dən “Nürnberq”ə transfer olunan Mahir Emreli Almaniya klubu ilə çıxdığı 15 oyunda dörd qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv