Bu şəxslər üçün yeni evlər tikiləcək

Bu şəxslər üçün yeni evlər tikiləcək






presstv

"Presstv"az #Fövqəladə Hallar Nazirliyi (FHN), #Təbii fəlakət

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fövqəladə Hallar Nazirliyi (FHN) bir neçə rayonda təbii fəlakət nəticəsində dağılmış evlərin yenidən tikintisinə başlayır.

presstvaz iqtisadiyyat.az-a istinadən xəbər verir ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti bununla bağlı hazırlıqlara start verib.

Belə ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində cənub bölgəsində 14 fərdi yaşayış evinin tikintisi, Qobustan rayonunda 1 fərdi yaşayış evində, Gədəbəy şəhərində 24 mənzilli binada və Daşkəsən şəhərində 1 ədəd istinad divarında təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.

Beləliklə, FHN Lerik rayonunda 12 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikintisinin, Lerik və Astara rayonunda 2 ədəd 2 otaqlı fərdi yaşayış evinin tikintisinin, Qobustan rayonunun Təklə kəndinin sakini Süleymanova Kifayət Əvəz qızına məxsus fərdi yaşayış evinin bərpasının, Gədəbəy şəhəri, Mehdi Quliyev küçəsində yerləşən 3 mərtəbəli 24 mənzilli yaşayış binasında və Daşkəsən şəhəri, A. Abdullayev küçəsində, 3 saylı çoxmərtəbəli yaşayış binasının aşağı tərəfində yerləşən istinad divarında bərpa və gücləndirmə işlərinin icrasına nəzarəti həyata keçirəcək.

Hazırda nazirlik bu işləri həyata keçirəcək şirkət axtarışındadır. FHN sözügedən tikinti, təmir və bərpa işlərinə 2 milyon manata yaxın vəsaitin sərf olunacağını proqnozlaşdırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv