Xudayar Yusifzadənin anasını təhqir edən bloqer HƏBS OLUNDU

Xudayar Yusifzadənin anasını təhqir edən bloqer HƏBS OLUNDU






presstv

"Presstv"az #Hadisə, #İnzibati Xətalar Məcəlləsi, #Sosial şəbəkələr, #TikTok, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanovanı sosial şəbəkələrdə təhqir edən şəxs həbs edilib.

presstvaz   “Qaynarinfo”ya istinadən xəbər verir ki, Radə Qurbanovanın şikayəti əsasında 1993-cü il təvəllüdlü İ.Vüqar saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, “TikTok” sosial şəbəkəsində “Şah_əmlak” adı ilə qeydiyyatdan keçən əmlak bloqeri Vüqar evlərin alqı-satqısı ilə bağlı elanlar yerləşdirib. Vüqarın profilində Radə Qurbanova və digər şəhid analarının barəsində xoşagəlməz şərhlər yazılıb. Radə Qurbanova əmlak bloqerinə zəng edərək, öz etirazını bildirib və barəsində şikayət edəcəyini deyib. Sonuncu heç kimdən qorxmadığını və baş vermiş hadisə ilə bağlı izahat verməyəcəyini şəhid anasına deyib.

Radə Qurbanovanın şikayəti əsasında saxlanılan Vüqar məhkəmədə ondan və bütün şəhid ailələrindən üzr istəyib. İşlətdiyi əmlak ofisində 4 nəfər işçisinin olduğunu, həmin əməkdaşlarından kiminsə onun telefonu vasitəsilə “TikTok”da profilindən istifadə edərək, şəhid anaları barədə xoşagəlməz ifadələr yazdığını deyib. Xudayar Yusifzadənin anası isə Vüqarın cəzalandırılmasını məhkəmədən xahiş edib.

Məhkəmənin qərarı ilə “Şah_əmlak”ın sahibi İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 10 gün müddətinə inzibati qaydada həbs edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv