“Norm” şirkəti tərəfindən beton zavodlarının inşasına başlanılıb

“Norm” şirkəti tərəfindən beton zavodlarının inşasına başlanılıb






presstv

"Presstv"az #Balaxanı qəsəbəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Balaxanı qəsəbəsində “Norm” ASC-yə məxsus iki yeni beton zavodunun təməli qoyulub. Zavodlar 2025-ci ilin aprel ayından istehsala başlayacaq. Hər birinin istehsal gücü saatda 120 m3 beton təşkil edən bu zavodlar müasir texnika və avadanlıqla təchiz edilib və burada ən son texnologiyalarla əmtəə betonunun istehsalı nəzərdə tutulur. Şirkət tərəfindən üçüncü beton zavodunun Qarabağ bölgəsində inşası həyata keçiriləcək.

Bu zavodun da istehsal gücü saatda 120 m3 beton təşkil edəcək. Müəssisələrdə 80-ə yaxın işçi fəaliyyət göstərəcək. Beton zavodlarının işə düşməsi inşaat şirkətlərinə bir çox mühüm dövlət satınalmaları vasitəsilə həyata keçirilən, eləcə də özəl inşaat layihələrində beton tələbatının vaxtında və səmərəli qarşılanması üçün stabil təchizat imkanı təqdim edəcək.

“Norm Beton” zavodlarında betonun təkrar edilməsi üçün xüsusi avadanlıq quraşdırılacaq. Bu avadanlıq vasitəsilə istehsal prosesində, betondaşıyan maşınların yuyulması zamanı, eləcə də tikinti sahəsində artıq qalan betonu xüsusi mexanizmlə təkrar emal etmək və tərkibindəki komponentləri beton istehsalında yenidən istifadə etmək mümkün olacaq. Bu da öz növbəsində, resursların səmərəli istifadə olunmasına və ətraf mühitə təsirin minimuma endirilməsinə şərait yaradacaq.

Qeyd edək ki, sənaye sahəsində ölkənin böyük istehsal müəssisəsi olaraq, bazara daxil olduğu vaxtdan etibarən “Norm” ASC-nin kommersiya strategiyasının əsasında inşaat sektorunda yeni biznes subyektlərinin yaradılması, inkişaf etdirilməsi və inşaat sənayesi üçün təhlükəsiz materialların istehsalı dayanırdı. Yüksək standartlarla sement istehsalından sonra eyni yanaşma ilə əmtəə betonu istehsalında da fəaliyyətə başlamağı şirkətə inşaat işlərinin keyfiyyətinə nəzarət etmək imkanı yaradacaq.

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan “NEQSOL Holding”in tərkibinə daxildir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv