Tapılması üçün 10 milyon mükafat vəd edilən hindistanlı turistin qalıqları Zaqatalada aşkarlandı

Tapılması üçün 10 milyon mükafat vəd edilən hindistanlı turistin qalıqları Zaqatalada aşkarlandı






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Hindistan, #Meşə, #Mobil telefon, #Zaqatala rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2022-ci ilin may ayında Zaqatala rayonu ərazisində itkin düşmüş 1993-cü il təvəllüdlü Hindistan Respublikası vətəndaşı Manikanth Kondaveetin qalıqları tapılıb. 

presstvaz  Oxu.Az-a istinadən bildirir ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ona məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsus çanta, bank kartları, mobil telefon və digər əşyalar rayonun Car kəndi yaxınlığında Şamilovka meşə massivində aşkar edilib.

Meyiti qalıqları və tapılan əşyalar müvafiq ekspertizalar keçirilməsi üçün aidiyyəti üzrə Zaqatala Rayon Prokurorluğuna təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qardaşı Kondaveeti tapana 10 milyon rupi (hazırkı məzənnə ilə təxminən 195 min manat) bəxşiş vəd etmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv