Acun Ilıcalı və Mauro İkardi yenidən mübahisə etdilər

Acun Ilıcalı və Mauro İkardi yenidən mübahisə etdilər






presstv

"Presstv"az #"Fənərbağça", #Argentina, #Futbol, #Hadisə, #Qalatasaray, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qalatasaray” klubunun argentinalı ulduzu Mauro İkardi “Qalatasaray” – “Adana Dəmirspor” matçında qonaq komandanın meydanı oyunun yarısından tərk etməsi ilə bağlı diqqət çəkən paylaşım edib.

presstvaz   xəbər verir ki, İkardi ötən mövsüm Superkubok matçında əzəli rəqibləri “Fənərbağça”nın meydandan çəkildiyini xatırladaraq deja-vü (oxşar hadisənin təkrarlanması) ifadəsini işlədib.

Acun Ilıcalının İkardiyə cavabı isə gecikməyib.

“Fənərbağça”nın vitse-prezidenti Acun Ilıcalı İkardinin paylaşımına şəxsi “X” sosial şəbəkə hesabında cavab olaraq bildirib:

“İkardinin prezidentimiz və ya baş məşqçimizlə bağlı yazılarını qınayıram. Bir daha “Qalatasaray”a səslənirəm, futbolçu prezidentlə bu cür rəftar etməz, rəqib prezidentə hörmətsizlik etməz. Bizim futbolçular belə şeylər etmirlər”, – deyə A.Ilıcalı yazıb.

Qeyd edək ki, ötən mövsüm Türkiyə Superkubokunun finalında “Qalatasaray” – “Fənərbağça” matçı baş tutmamışdı. Türkiyə Futbol Federasiyasının qərarları ilə razılaşmayan “sarı-lacivərdlər” oyuna U-19 komandası ilə çıxmışdılar. Birinci dəqiqədə “cimbom” hesabı açdıqdan sonra “Fənərbağça” meydanı tərk etmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv