Tramp: “ABŞ Qəzzanı satın ala bilər”

Tramp: “ABŞ Qəzzanı satın ala bilər”






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Donald Tramp, #İsrail, #Jurnalistlər, #Münaqişə, #Qəzza, #Qəzza zolağı, #təyyarə, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Birləşmiş Ştatlar Qəzza zolağını satın ala, onun üzərində nəzarət qura və sonra ərəb ölkələrinin köməyi ilə bərpa edə bilər.

presstvaz   “Associated Press” agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz təyyarəsində jurnalistlərlə söhbətləşərkən deyib.

“Mən Qəzza zolağını satın almaq və ona sahib olmaq ideyasına sadiqəm. Qəzzanın bizim gücümüzlə bərpasına gəldikdə, Yaxın Şərqin başqa ölkələrinə onun hansısa hissələrini tikmək imkanı verə bilərik. Başqa insanlar bunu himayəmiz altında edə bilərlər”, – deyə o bildirib.

Ağ Ev rəhbərinin fikrincə, ərəb ölkələri ABŞ ilə danışıqlardan sonra Qəzza sakinlərini qəbul edərək yerləşdirəcəklər.

ABŞ Prezidenti Donald Trump fələstinlilərin İsrail ilə münaqişənin başa çatmasından sonra Qəzza zolağına qayıtmalarının səhv olacağını iddia edir.

presstvaz   TASS-a istinadla xəbər verir ki, Ağ Ev rəhbəri bunu öz təyyarəsinin göyərtəsində jurnalistlərə deyib.

“Məncə, fələstinlilərə, Qəzza sakinlərinə qayıtmağa icazə vermək böyük səhvdir. HƏMAS-ın qayıtmasını istəmirik. Mən bu barədə böyük daşınmaz əmlak obyekti haqqında düşündüyüm kimi düşünürəm. Yaxın Şərqə sabitlik gətirəcəyik” , – deyə D.Tramp bildirib.

Birləşmiş Ştatların lideri əlavə edib ki, Qəzza zolağı tamamilə dağılıb, bu yer qaydaya salınacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv