Azərbaycanda neçə qadın vəkil var?

Azərbaycanda neçə qadın vəkil var?






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Respublikası Vəkillər Kollegiyası, #Bakı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda hazırda 2 503 vəkil fəaliyyət göstərir.

presstvaz   xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.

Bildirilib ki, bunlardan 2 003 nəfəri kişi, 500 nəfəri qadındır. Həmin şəxslərdən 2 034 nəfəri Bakıda, 469 nəfəri isə regionlarda fəaliyyət göstərir:

“Vəkilliyə test üsulu ilə qəbulun 2004-2018-ci illər aralığında (14 il ərzində) 5, son 7 il ərzində isə 14 yazılı test imtahanı keçirilib və vəkillərin sayı 3 dəfədən çox artıb”.

Bildirilib ki, 2024-cü ildə Vəkillərin İxtisas Komissiyası tərəfindən imtahanın şifahi mərhələsi üzrə 15 iclas, vəkilliyə qəbulla bağlı isə 2 yazılı test imtahanı keçirilib. İxtisas imtahanlarının yazılı test mərhələlərində ümumilikdə 911 namizəd iştirak edib və 377 nəfər müvəffəqiyyət qazanıb.

“Eyni zamanda, hesabat ili ərzində 148 nəfər şifahi müsahibədə iştirak edib. Bildirmək istərdik ki, bu namizədlərdən 58 nəfərin nəticələri elan olunub və 44 nəfər növbəti mərhələyə keçib, 107 nəfər isə vəkil andı içib. Yekunda vəkillərin sayı artaraq 2503-ə çatıb”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv