Mingəçevirdən Şuşaya müntəzəm avtobus reysi istifadəyə verilir

Mingəçevirdən Şuşaya müntəzəm avtobus reysi istifadəyə verilir






presstv

"Presstv"az #Avto, #avtobus, #Azərbaycan, #Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), #Böyük Qayıdış, #Nəqliyyat, #Qarabağ və Şərqi Zəngəzur, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, #Şuşa, #Şuşa şəhəri, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sabahdan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Mingəçevirdən Şuşaya müntəzəm avtobus reysini istifadəyə verəcək.

presstvaz   agentliyə istinadən xəbər verir ki, məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlara keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin nəqliyyat sisteminə inteqrasiyasının təmin olunmasıdır.

Reyslər Mingəçevir Avtovağzalından hər gün saat 08:00-da, Şuşa şəhərindən Mingəçevirə isə 16:00-da həyata keçiriləcək.

Mingəçevir – Şuşa – Mingəçevir reysi üzrə bir istiqamət üçün biletin qiyməti 5.5 manat təşkil edir. Bu reys üzrə Xocalı və Xankəndi şəhərləri aralıq məntəqələri kimi müəyyən edilib. Mingəçevir – Xocalı aralıq məntəqəsi üçün biletin qiyməti 4.5 manat, Mingəçevir – Xankəndi aralıq məntəqəsi üçün biletin qiyməti 5 manatdır.

Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.

Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv