Azərbaycan hərbçiləri “Qış təlimi-2025” çərçivəsində bəzi silahlardan ilk dəfə istifadə ediblər

Azərbaycan hərbçiləri “Qış təlimi-2025” çərçivəsində bəzi silahlardan ilk dəfə istifadə ediblər






presstv

"Presstv"az #ABŞ, #Azərbaycan, #Fransa, #Gürcüstan, #Hərbi təlimlər, #İngiltərə, #İtaliya, #Liviya, #Niger, #Pakistan, #Qazax, #Qazaxıstan, #Tacikistan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin Kars şəhərində keçirilən “Qış təlimi – 2025” hərbi təlimləri uğurla davam edir.

presstvaz xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

O bildirib ki, şəxsi heyət soyuq iqlim şəraitində döyüş qabiliyyətlərini artırır, hazırlıq səviyyələrini yüksəldir: “Təlimdə hərbçilər arasında koordinasiya təmin edilir”.

Nazirlik rəsmisinin sözlərinə görə, təlimdə iştirak edən hərbçilər “NEFER” zirehli döyüş maşınını, yüngül tipli pulemyot (MPT-76), 5.56 millimetrlik pulemyot, BOYGA pilotsuz uçuş aparatı, müxtəlif pilotsuz hərbi maşın və digər silah və texnikadan ilk dəfə istifadə ediblər.

Bildirilir ki, təlimlər sabah başa çatacaq.

Təlimlərdə Azərbaycan, ABŞ, Banqladeş, Bosniya və Herseqovina, Gürcüstan, İtaliya, Pakistan, Qazaxıstan, Şimali Makedoniya, Bolqarıstan, Fransa, İngiltərə, Liviya, Monqolustan, Niger, Tacikistan və İordaniyadan 199, Türkiyədən isə 12 min şəxsi heyət iştirak edir.

Xatırladaq ki, təlimlər yanvarın 20-də başlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv