“Kontakt” Şuşaya yol açır: Qarabağda YENİ İMKANLAR

“Kontakt” Şuşaya yol açır: Qarabağda YENİ İMKANLAR






presstv

"Presstv"az #Quba, #Şuşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bütün yollar Qarabağın ürəyinə – Şuşaya aparır. Ona görə də, sevindirən şəbəkə “Kontakt” artıq sadəcə bir klik və ya zənglə 30 000-dən çox məhsulu birbaşa Şuşaya çatdıraraq bu qədim torpaqlara müasir imkanları gətirir.

Daha dəqiq desək, elektronika, məişət texnikası, mebel, tekstil, kosmetika, şəxsi baxım məhsulları, musiqi alətləri və hətta təmir-tikinti avadanlıqları – Qarabağda yaşayışın bərpa olması üçün lazım olan hər şey kontakt.az və ya *6060 Çağrı Mərkəzi vasitəsilə asanlıqla birbaşa ünvana sifariş edilə bilər. Həm nağd, həm də sərfəli hissəli alış şərtləri ilə!

Üstəlik, Şuşa “Kontakt”ın Qarabağa çatdırılma etdiyi ilk dayanacaq deyil. Şəbəkə artıq 2 ilə yaxındır ki, Laçın, Zəngilan, Cəbrayıl və Qubadlı bölgələrinə onlayn məhsul çatdırır. Ən çox sifariş edilən məhsullar arasında böyük və kiçik məişət texnikası, mebellər yer alır. Bu isə o deməkdir ki, əzəli torpaqlarımızda insanlar evlərini yenidən qurulur, öz yurdlarından əvvəlki rahatlığa qovuşurlar. Qarabağa qayıdan əhalinin şəxsi ehtiyaclarını qarşılayan, evlərini bəzəyən əşyaları isə “Kontakt” xüsusi qürurla çatdırır və həmin məhsullara isə ekstra həssaslıqla yanaşır.

Qeyd edək ki, “Kontakt” mağazalar şəbəkəsi illərdir “Qarabağ Proqramı” çərçivəsində müxtəlif vətənpərvərlik layihələri keçirməklə yanaşı, fəaliyyət istiqamətinin Qarabağın hər guşəsini əhatə etməyi və bu torpaqlarda yaşayan hər bir insanın həyatını asanlaşdırmağı hədəfləyir. Bu tip addımları ilə vətənpərvərlik missiyasını güclü şəkildə davam etdirən “Kontakt” hər kəsi Qarabağın dirçəldilməsində həmrəy olmağa çağırır.

“Qarabağ Proqramı” çərçivəsində həyata keçirilən layihələrdə buradan tanış ola bilərsiniz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv