İş saatlarında dəyişiklik edilə bilər – Qrafik necə tərtib olunmalıdır?

İş saatlarında dəyişiklik edilə bilər – Qrafik necə tərtib olunmalıdır?






presstv

"Presstv"az #Bakı, #Nazirlər Kabineti, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir neçə gün əvvəl imzalanan “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkil edilməsi nəzərdə tutulub.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, mövzu ilə bağlı danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirir ki, bu cür tədbirlər tıxac probleminin həllinə kömək edə bilər. Əksər inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iş saatlarının dəyişdirilməsi tıxacların aradan qaldırılması və sıxlığın azaldılması baxımdan vacib hesab olunur. Qərb ölkələrində olduğu kimi, dövlət, özəl və təhsil müəssisələrinin fərqli saatlarda işə başlaması və fərqli saatlarda işi başa çatdırması imkan verir ki, vətəndaşlar tıxacda az zaman sərf etsinlər.

Sahib Məmmədov hesab edir ki, dövlət strukturlarında iş özəl sektorlara nisbətən daha tez başlamalıdır. Özəl sektorun da iş qrafikinə dəyişiklik edilməlidir. Əgər dövlət orqanlarında iş saat 08:00-da başlayacaqsa, özəl müəssisələrdə ən azı 1-2 saat gec tətbiq edilməlidir. Müəssisələr arasında iş saatlarının bölgüsündə eyniləşmə aradan qaldırılsa, tıxac problemi də həllini tapmış olar.

Ekspert qanunvericiliyə əsasən iş rejiminin gündəlik səkkiz saat olmasına da diqqət çəkərək qeyd edib ki, işin başlama və bitmə vaxtını işəgötürən müəyyən edir. Əks-təqdirdə bu, müəssisənin işinə müdaxilə olar. Bu məsələnin tənzimlənməsi üçün Nazirlər Kabineti dövlət sektoru üçün qərar verə bilər. Amma özəl müəssisələrə müdaxilə etmək düzgün deyil.

Sahib Məmmədov qeyd edib ki, iş saatlarının dəyişdirilməsi sayəsində şəhərdə işçilərin nəqliyyatla hərəkəti zamanlar üzrə bölünəcək. Bu da yollardakı sıxlığın aradan qaldırılmasına ciddi yardım göstərəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv