Seymur Bəxşəliyev: ABŞ-də çalışan azərbaycanlı mühəndis

Seymur Bəxşəliyev: ABŞ-də çalışan azərbaycanlı mühəndis






presstv

"Presstv"az #ABŞ, #Azərbaycan, #Hakim, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın gənc və istedadlı mühəndislərindən biri olan Seymur Bəxşəliyev qazandığı böyük nailiyyətləri və peşəkar fəaliyyəti ilə diqqət mərkəzindədir. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Neft və Qaz Mühəndisliyi üzrə bakalavr təhsili alıb və tələbəlik illərindən beynəlxalq layihələrdə fəal iştirak edib. Hazırda o, ABŞ-nin Atlantis Universitetində Biznes idarəçiliyi üzrə ikinci bakalavr dərəcəsini alıb.

Elmi sahədə Seymurun “Risk Assessment and Business Continuity Planning in Drilling Operations” adlı məqaləsi nüfuzlu “Sciences of Europe” jurnalında dərc edilib. Bundan əvvəl isə onun “İnnovasiyalar və onların biznesə təsiri” mövzusunda rus dilində yazdığı məqalə böyük maraq doğurmuşdu. O, eyni zamanda “АПНИ” jurnalında elmi məqalələrin rəyçisi kimi də fəaliyyət göstərir.

Seymur beynəlxalq mühəndislik müsabiqələrində uğurlar qazanaraq “İlin Mühəndisi” mükafatına layiq görülüb. Onun sahəsindəki dərin bilikləri və təcrübəsi ona beynəlxalq tədbirlərdə münsif kimi iştirak etmək imkanı yaradıb. O, tez-tez beynəlxalq müsabiqələrə hakim kimi dəvət olunur və gənc mütəxəssislərin inkişafına töhfə verir.

Bundan əlavə, o, SPE, IADC, NGWA, AZMIIB və “МАС ГНБ” kimi nüfuzlu beynəlxalq təşkilatların üzvüdür və burada aktiv iştirak edərək mühüm tədbirlərdə çıxışlar edir.

Hazırda ABŞ-də təhsilini davam etdirən Seymur, innovativ texnologiyalar və davamlı həllər əsasında öz şirkətini qurmağı və yeni iş yerləri yaratmağı hədəfləyir. Onun uğurları gənc mühəndislər üçün ilham mənbəyi olmaqla yanaşı, Azərbaycanın qlobal miqyasda tanınmasına mühüm töhfə verir.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv