İranla Azərbaycan sərhədindəki məhdudiyyət tam aradan qaldırılıb – VİDEO

İranla Azərbaycan sərhədindəki məhdudiyyət tam aradan qaldırılıb – VİDEO






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Martın 5-də İranın Naxçıvana dronla zərbələr endirməsinin ardından Nazirlər Kabinetinin qərarı ilə iki ölkə arasında yük avtomobillərinin keçidinə qadağa qoyulmuşdu. Bir gün sonra həmin qadağaya müəyyən yumşalmalar gətirilirdi, amma ötən gün bütün məhdudiyyətlər tamamilə aradan qaldırıldı.

presstvaz xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Gün ərzində 100-ə yaxın avtomobil rahatlıqla gömrükdən keçid edib.

Sürücülər yaranan vəziyyəti belə izah edib: “Mən 5-10 gün olardı gözləyirdim ki keçim, rahat keçdim”.

Digər sürücü isə deyib: “İki gün yarımdır ki, bizi gömrükdə saxlayıblar. Bu vaxtadək isə yük maşınları üçün dayanacaqda gözləyirdik. Ümumilikdə, altı gündür ki, burada qalmışıq. Sərhədi keçə bilmirdik. O tərəfdə növbəsini gözləyən çox maşın var. Azərbaycana yaratdığı şəraitə görə təşəkkür edirəm. Mən Rusiyaya, Samaraya gedirəm”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv