333 min manatdan artıq pulu mənimsəməkdə təqsirləndirilən həkimlə bağlı QƏRAR

333 min manatdan artıq pulu mənimsəməkdə təqsirləndirilən həkimlə bağlı QƏRAR






presstv

"Presstv"az #Ali Məhkəmə, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Bakı Apellyasiya Məhkəməsi, #Hakim, #Həkim, #Səbail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ali Məhkəmədə üç bacıya məxsus 333 min manatdan artıq pulu mənimsəməkdə təqsirləndirilən özəl tibb mərkəzinin kardioloq həkimi Dilbər Həsənəliyevanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

presstvaz   Pravda.az-a istinadən xəbər verir ki, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Dilbər Həsənəliyeva hotel və tikinti biznesinə sərmayə qoymaq adı ilə üç bacıya məxsus 333 677.98 manatı mənimsəyib. Belə ki, Dilbər Həsənəliyevanın anası Tamilla İdris qızı Həsənəliyeva Geologiya və Geofizika İnstitutunda aparıcı elmi işçi, elmlər namizədi, dosent vəzifəsində çalışıb. O, anasının rəfiqəsi və iş yoldaşı Aytən adlı qadına Goranboyda hotel və tikinti biznesinə yatırım etmək təklifini edib.

Aytən özü də Geologiya və Geofizika İnstitutunda aparıcı elmi işçi olub. Zərərçəkmiş qadın Tamilla Həsənəliyeva ilə iş yoldaşı olduğuna və ona inandığına görə Dilbər Həsənəliyevanın təklifinə razılıq verib. Aytənin 2005-ci ildə dünyasını dəyişən atası Nəriman Məmmədov Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən mənzilin satılaraq övladları arasında bölünməsini vəsiyyət edib. Həmin mənzil satıldıqdan sonra pullar Aytən, Gültən və Kübra bacıları arasında bölünüb. Bacılar 250 min manata yaxın vəsaiti bankların birində Aytənə etibarnamə vermək yolu ilə depozitə qoyublar. Aytən də bacılardan xəbərsiz həmin vəsaiti çıxarıb və üstəlik öz adına 55 min manat kredit götürərək, Dilbər Həsənəliyevaya hotel tikmək adı ilə verib. Dilbər Həsənəliyeva pulları ələ keçirdikdən sonra öz şəxsi ehtiyaclarına xərcləyib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dilbər Həsənəliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə hökmü dəyişdirmədən qüvvədə saxlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv