Roma İmperiyasının süqutunun gözlənilməz SƏBƏBİ: Avropadakı insanlar qəfildən axmaqlaşıblar – FOTO

Roma İmperiyasının süqutunun gözlənilməz SƏBƏBİ: Avropadakı insanlar qəfildən axmaqlaşıblar – FOTO






presstv

"Presstv"az #Avropa, #İspaniya, #Qrenlandiya, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Roma İmperiyasının süqutunun heyrətamiz səbəbi açıqlanıb. Məlum olub ki, buna səbəb Avropadakı insanların qəfildən axmaqlaşması olub.

presstvaz   oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilmiş tədqiqatda qeyd edilib.

Bildirilir ki, Qədim Romada toksik qurğuşun havada o qədər geniş yayılıb ki, orta statistik insanın IQ səviyyəsi 2.5-3 punkt aşağı düşə bilərdi.

Alimlər bildiriblər ki, qurğuşun, insan sağlamlığı üçün təhlükəli olan güclü neyrotoksindir. Qanda qurğuşun öyrənmə çətinliklərinə, reproduktiv problemlərə, psixi sağlamlıq problemlərinə səbəb olur və eşitmə itkisi riskini artırır.

Tədqiqatçılar Qrenlandiyadan götürülmüş buz nümunələrində aşkar edilmiş qurğuşunun qədim Romadakı gümüşəridici sobalarla əlaqəsini müəyyən ediblər.

Belə ki, sobadakı prosesdə qurğuşun atmosferdəki toz hissəciklərinə yapışıb. Bu hissəciklərin kiçik bir hissəsi külək vasitəsilə Qrenlandiyaya keçib və oraya çöküb.

Elm adamları onlardan gələn çirklənmənin Avropanın böyük hissəsinə təsir edə biləcəyini müəyyən ediblər.

Müəyyən olunub ki, İberiyada (müasir İspaniya) gümüş mədənlərinə ən yaxın yaşayan insanların qanında daha çox qurğuşun olub.

Lakin əldə edilən nəticələr qurğuşunun Qədim Roma sakinlərinin sağlamlığına təsirinin bütün miqyasını əks etdirmir, çünki romalılar qurğuşuna digər mənbələrdən də – qurğuşun qablarda şirinləşdirilmiş şərab, qurğuşun santexnika və qurğuşun içki qədəhləri vasitəsilə məruz qalırdılar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv