Süni intellekt bu sahələrin işçilərini “çörəksiz” qoyacaq – VİDEO

Süni intellekt bu sahələrin işçilərini “çörəksiz” qoyacaq – VİDEO






presstv

"Presstv"az #Avto, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son dövrlərdə süni intellektin sürətli inkişafı bir sıra peşələrin gələcəyini sual altına qoyub. Xüsusilə dizaynerlər, mətn yazarları, tərcüməçilər və hətta hüquq məsləhətçiləri üçün süni intellekt əsaslı proqramlar ciddi rəqabət yaradıb.

presstvaz   Xəzər TV-yə istinadən bildirir ki, süni intellektin bu cür inkişafının gəlcəkdə bir çox sahələrdə işçi ixtisarına səbəb olacağı ilə bağlı narahatlıqlar var. Bəs həqiqətən də bu cür proqramlar bəzi ixisasların ləğvinə səbəb ola bilərmi?

Ekspert Rəşad Əliyev hesab edir ki, narahatlıqlara ehtiyac yoxdur. Əksinə, yaranan vəziyyət həmin iş sahələrinə müsbət təsir edəcək, onların inkişafına gətirib çıxaracaq.

Ekspertin fikrincə, süni intellekt insan faktorunu tam əvəz etməyəcək, sadəcə olaraq, bu sahələrdə çalışanların işini asanlaşdıracaq. Həmçinin yeni ixtisaslar və iş imkanları yaradacaq.

Rəşad Əliyev onu da əlavə etdi ki, süni intellektə olan tələbat səbəbindən son zamanlar məlumat analitikası və avtomatlaşdırma sahələrinə maraq artıb.

Daha ətraflı videomaterialı təqdim edirik.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv