Sumqayıtda ƏMƏLİYYAT – 14 kiloqram narkotikin dövriyyəyə buraxılmasının qarşısı alındı

Sumqayıtda ƏMƏLİYYAT – 14 kiloqram narkotikin dövriyyəyə buraxılmasının qarşısı alındı






presstv

"Presstv"az #Araşdırma, #Daxili İşlər Nazirliyi (DİN), #İran, #Məhkum, #Narkotik vasitələrin qanunsuz dövriyyəsi, #Sumqayıt Şəhər Polis İdarəsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti əməliyyat zamanı əvvəllər də eyni cinayət əməlinə görə məhkum edilmiş 44 yaşlı Renad Sultanov saxlanılıb.

presstvaz  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, ondan 14 kiloqrama yaxın narkotik vasitələr olan marixuana və heroin, həmçinin 79 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

R.Sultanov ifadəsində narkotik vasitələri sosial şəbəkə vasitəsilə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əvvəlcədən müəyyənləşdirilmiş xüsusi komuflyaj edilmiş yerdən götürərək, ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

R.Sultanovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv