“Alibaba Cloud”un süni intellekti “DeepSeek”i üstələdi

“Alibaba Cloud”un süni intellekti “DeepSeek”i üstələdi






presstv

"Presstv"az #ABŞ, #Alibaba Cloud (Aliyun), #ChatGPT, #Çin, #DeepSeek, #DeepSeek-R1, #kanalda, #Llama süni intellekti, #OpenAI, #Qwen2.5-Max süni intellekti, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çinin “Aliyun” kimi də tanınan “Alibaba Cloud” texnologiya nəhəngi süni intellekt sahəsində yeni “Qwen2.5-Max” modelini təqdim edib. İddiaya görə, bu sistem “DeepSeek” və “Meta AI”nin “Llama” kimi qabaqcıl işləmələrini öz xüsusiyyətlərinə görə üstələyir.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “WeChat”dakı rəsmi kanalda xəbər yayılıb.

“Alibaba Cloud” komandası “Qwen2.5-Max”ı “DeepSeek-V3” və “Llama-3.1-405B” modelləri ilə müqayisə edən 11 test seriyası keçirib.

Nəticələr göstərib ki, Çin şirkətinin yeni işləməsi bütün sınaqlarda rəqiblərini üstələyib və son dərəcə güclü kompleks xüsusiyyətlər nümayiş etdirib.

Xatırladaq ki, Çinin “DeepSeek” şirkəti yanvarın 20-də ABŞ-nin “OpenAI” şirkətinin “ChatGPT” versiyasından üstün olduğu iddia edilən çat-botun yeni “R1” versiyasını buraxıb. Ekspertlər qeyd ediblər ki, Çin çat-botunun tərtibatçıları “OpenAI”dən xeyli az vəsait xərcləyiblər. Bazarların “DeepSeek-R1″in meydana çıxmasına reaksiyası kəskin olub. ABŞ-nin “Nasdaq” texnologiya indeksi 3%-dən çox enib, “OpenAI” üçün bahalı çiplərlə təchiz edən “NVidia” şirkətinin səhmləri isə 16.86% aşağı düşüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv