Nəhəng boz delfin sürüsü alimləri öz davranışlarıyla heyrətləndirdi

Nəhəng boz delfin sürüsü alimləri öz davranışlarıyla heyrətləndirdi






presstv

"Presstv"az #ABŞ, #Boz delfinlər (Grampus griseus), #Delfinlər, #Drondan çəkilən görüntülər, #Gəmi, #Hadisə, #Kaliforniya, #Karmel körfəzi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kaliforniyanın (ABŞ) Karmel körfəzində dəniz canlıları ilə bağlı nadir və unikal hadisənin görüntüləri qeydə alınıb. Dron vasitəsilə çəkilən kadrlarda 1 500-dən çox fərddən ibarət nəhəng boz delfin sürüsünün hərəkəti əks olunub.

presstvaz-ın “Associated Press”ə istinadla məlumatına görə, kadrları dəniz məməlilərinin müşahidəsi ilə məşğul olan “Monterey Bay Whale Watch” təşkilatının üzvü, kapitan Evan Brodski çəkib.

Tədqiqatçılar komandası əvvəlcə qarşılarında onlarla heyvan olduğunu düşünüblər, lakin dron buraxıldıqdan sonra aydın olub ki, delfinlərin sayı 1 500-ü keçir.

Ekspedisiyada iştirak edən dəniz bioloqu Kolin Teltinin sözlərinə görə, ən yadda qalan anlardan biri bir neçə delfinin ona yaxınlaşaraq diqqətlə baxması olub.

“Delfinlər çox oyunbaz davranırdılar, qayığımızla qarşılıqlı əlaqədə idilər. Bəzi fərdlər hətta sürətlənmək üçün qayığın dalğalarından istifadə edirdilər. Onlar suda tullanır, quyruqlarını çırpır, qayığa yaxınlaşırdılar. Sanki əsl şənlik qurmuşdular”, – deyə Telti təəssüratlarını bölüşüb.

Alimlərin komandası gəminin hərəkətinə nəzarət edərək heyvanlara mane olmamağa çalışıblar.

Boz delfinlər (Grampus griseus) – uzunluğu 4 metrə, çəkisi təxminən 500 kiloqrama çatan iri dəniz məməliləridir. Bu heyvanlar iri bədənləri və boz dərilərində xarakterik ağ çapıqları ilə fərqlənirlər. Əsasən dərin sularda yaşayan və kalmarlarla qidalanan boz delfinlər dünyanın mülayim və tropik dənizlərində yayılıb. Lakin Kaliforniya sahillərində müşahidə edilən bu cür böyük dəstələr çox nadir rast gəlinir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv