ABŞ Senatı təsdiqlədi: Maliyyə naziri kim oldu?

ABŞ Senatı təsdiqlədi: Maliyyə naziri kim oldu?






presstv

"Presstv"az #ABŞ senatı, #Donald Tramp, #Rusiya, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Senatı ölkənin maliyyə naziri vəzifəsinə Skott Bessentin namizədliyini təsdiqləyib.

presstvaz-ın xəbərinə görə, bu barədə “Associated Press” nəşri məlumat verib.

Qeyd edildiyi kimi, 68 nəfər Bessentin namizədliyini dəstəkləyib, 29 nəfər isə əleyhinə səs verib.

“Bessent yeni vəzifəsinə iqtisadiyyatın özəl sektorunda və bazarlarda zəngin təcrübəsini gətirəcək, həmçinin işləyən amerikalıların ehtiyaclarına qayğı göstərəcək”, – deyə Senatdakı çoxluğun lideri Con Tun səsvermənin yekunlarından danışarkən bildirib.

Qeyd edək ki, Skott Bessent 1962-ci ildə Cənubi Karolinada anadan olub və Yel Universitetində təhsil alıb. Əvvəllər o, demokratları dəstəkləyib və Corc Soros üçün işləyib.

Senatda çıxışı zamanı o deyib ki, Prezident Donald Trampın dövründə ABŞ iqtisadi cəhətdən çiçəklənməyə başlayacaq. Bessentin sözlərinə görə, lazım gələrsə, o, Moskvanı danışıqlar masasına oturtmaq məqsədilə Rusiyanın ən böyük neft şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv