Yeni subsidiyalar müəyyənləşdi – VİDEO

Yeni subsidiyalar müəyyənləşdi – VİDEO






presstv

"Presstv"az #Kənd Təsərrüfatı Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fermerlər əkin subsidiyası almaq üçün 10 hektardan artıq sahələrdə əkilmiş arpa, buğda, çəltik və qarğıdalı əkinlərini sığortalamalıdır.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, bu, Aqrar Subsidiya Şurasının kənd təsərrüfatı fəaliyyətinin stimullaşdırılması məqsədilə elan etdiyi yeni qərarlarında öz əksini tapıb. Qərara əsasən, dənli bitkilərə görə məcburi sığorta haqqı müəyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Vüqar Hüseynov bildirib ki, bağların sığortalanması tələbi də yeni qərarlar arasındadır. Şəkər çuğunduruna görə verilən subsidiyanın məbləği də artırılıb. Bu il qaragilə üçün də əkin subsidiyası veriləcək.

Bundan başqa, iqlim stansiyalarının quraşdırılması da fermerlərə hava şəraitinə uyğun reaksiya vermək imkanı verəcək. Bu da nəticədə zərəri minimuma endirməklə yanaşı, məhsuldarlığı artmasına təsir göstərəcək. Vüqar Hüseynov onu da əlavə etdi ki, artıq payızlıq əkinlər başa çatıb və fevral ayının sonlarından etibarən fermerlərə avqust ayında müəyyən edilən subsidiya əmsallarına uyğun olaraq ödənişlər ediləcək.

Daha ətraflı videomaterialı təqdim edirik.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv