Uşaqların böyüməsinin qarşısını alan amillər açıqlandı

Uşaqların böyüməsinin qarşısını alan amillər açıqlandı






presstv

"Presstv"az #Sağlam qidalanma, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Uşaqlarda boyun qısa olması təkcə genetik və ya yanlış qidalanma ilə bağlı deyil, bəzi sağlamlıq problemləri və ya gündəlik vərdişlər də bu vəziyyətə səbəb ola bilər.

presstvaz Baku TV-yə istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, sağlam qidalanma, yuxu rejimi və müntəzəm fiziki fəaliyyət uşağın böyüməsində ən vacib amillərdir. Bununla yanaşı, genetik potensial və emosional vəziyyət də nəzərə alınmalıdır.

Boy qısalığının bəzi hallarda xroniki xəstəliklərin əlaməti ola biləcəyini vurğulayan ekspertlər uşaqların müayinəsinin sistemli şəkildə aparılmasının vacibliyini bildiriblər. Əgər boy qısalığı çəki itkisi ilə müşahidə olunursa, bu, protein və enerji çatışmazlığı, ya da bağırsaq pozğunluqları kimi problemlərdən qaynaqlana bilər.

Uşaqların qidalanmasında onların yaşına uyğun kalori tələbatını qarşılamaq, balanslı və təbii qidalarla təmin etmək əsas şərtdir. Rafinə olunmuş və balanssız qidalanmadan uzaq durmaq tövsiyə edilir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv