“Konstitusiya və Suverenlik İli” – Azərbaycanın yeni strateji hədəfləri

“Konstitusiya və Suverenlik İli” – Azərbaycanın yeni strateji hədəfləri






presstv

"Presstv"az #Azərbaycan, #İlham Əliyev, #Konstitusiya və Suverenlik İli, #Sərəncam, #Vətən müharibəsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV-nin “Global Panorama” verilişinin yeni buraxılışı yayımlanıb.

presstvaz  xəbər verir ki, verilişin budəfəki sayında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin əhəmiyyətindən danışılıb.

Vurğulanıb ki, Prezident İlham Əliyev bununla bağlı sərəncamı bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsindəki qələbəmizin 5-ci ildönümü olduğunu nəzərə alaraq imzalayıb.

Qeyd edilib ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da Konstitusiya dövlətin müstəqilliyini və suverenliyini təmin etmək üçün əsas sənəd kimi çıxış edir, həm ictimai-siyasi, həm də sosial-iqtisadi sistemlərin əsasını təşkil edir, vətəndaşlarının hüquq və azadlıqlarına təminat verir. Bu baxımdan, “Konstitusiya və Suverenlik İli” təşəbbüsü hüquqi bazanın daha da möhkəmləndirilməsinə, dövlət idarəetməsində şəffaflığı artırmağa yönəlmiş strateji addım kimi qiymətləndirilməlidir.

O da bildirilib ki, Azərbaycanın konstitusiya hüquqlarının işğaldan azad edilmiş ərazilərdə tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir: “Bu, həmin ərazilərdə Azərbaycan qanunlarının işləməsi, dövlət qurumlarının fəaliyyətinin təşkil olunması ilə həyata keçirilir. Dövlətin bərpa etdiyi hüquqi çərçivə, əhalinin hüquq və azadlıqlarının qorunması, insanların sosial xidmətlərlə təmin olunması və iqtisadi inkişaf üçün hüquqi şərait yaradır”.

Ətraflı videomaterialda:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv