Ərəblər Biləsuvarda “Qırmızı Kitab”a düşən quşları ovlayırlar? – Araşdırmalara BAŞLANILDI

Ərəblər Biləsuvarda “Qırmızı Kitab”a düşən quşları ovlayırlar? – Araşdırmalara BAŞLANILDI






presstv

"Presstv"az #Azərbaycan, #Biləsuvar, #Bioloji Müxtəlifliyin Qorunması Xidməti, #Kitab, #Qırmızı Kitab, #quş ovu, #Sabirabad, #Sosial şəbəkələr, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Sosial şəbəkədə ərəblərin Biləsuvar və Sabirabad rayonları ərazisində “Qırmızı Kitab”a düşmüş bəzgək quşlarını ovladıqlarına dair yayılan video görüntülər araşdırılır”.

presstvaz bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva deyib.

“Ov mövsümü açıq elan ediləndən ov üçün icazə sənədləri alan ovçulara qaydalara və tətbiq olunan normativlərə əməl edilməsi barədə ciddi təlimatlar verilir, pozuntulara görə inzibati və hüquqi məsuliyyət haqqında onlara xəbərdarlıq edilir. Pozuntular barədə hər hansı məlumat daxil olduqda isə ciddi yoxlamalar aparılır. Son günlər sosial şəbəkələrdə xarici vətəndaşların qanunsuz ov etməsi ehtimal olunan video görüntülər isə tərəfimizdən araşdırılır”.

O qeyd edib ki, Azərbaycan ərazisində yanvarın 22-dən mövsüm açıq elan olunub və mövcud qaydalar çərçivəsində yerli və xarici vətəndaşların ov etməsinə icazə verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv