Xırdalan sakinləri Təcili Tibbi Yardımın qəbuluna niyə düşə bilmirlər?

Xırdalan sakinləri Təcili Tibbi Yardımın qəbuluna niyə düşə bilmirlər?






presstv

"Presstv"az #Abşeron rayonu, #Abşeron rayonu Xırdalan şəhəri, #Bakı, #Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, #Sakin şikayəti, #Təcili Tibbi Yardım, #Xırdalan şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Abşeron rayonu, Xırdalan şəhər sakinləri Təcili Tibbi Yardımın (TTY) qəbuluna düşməkdə çətinlik çəkmələrindən şikayətçidirlər.

Sakinlərin sözlərinə görə, TTY-yə zəng etdikdə operatorlar gec cavab verirlər, cavab verdikdə isə onlardan Xırdalan üçün başqa nömrəyə yığmaları istənilir.

Onlar qeyd ediblər ki, operatorun Xırdalan üçün verdiyi əlaqə nömrələrinin qəbuluna saatlarla düşmək olmur, düşəndə də briqadanın çağırışda olduğu və bir az gözləmələri istənilir.

presstvaz bilirir ki, məsələ ilə bağlı  Oxu.Az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, hazırda Xırdalan şəhəri üzrə TTY-nin telefon xətlərində problem yaranıb:

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Xırdalan şəhəri üzrə TTY xidmətinə müraciət etdikdə bir sıra hallarda zənglər Bakı şəhəri üzrə yerləşən “103” Çağrı Mərkəzinə daxil olur. Yaranan problem telefon xətləri ilə bağlıdır. Məsələnin həlli ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət olunub”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv