Nəzakət Mehdiyeva: “Müəllimlər rəqəmsal, İKT bacarıqlarına sahib olmalıdırlar”

Nəzakət Mehdiyeva: “Müəllimlər rəqəmsal, İKT bacarıqlarına sahib olmalıdırlar”






presstv

"Presstv"az #Peşə təhsili, #Süni intellekt, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Biz 20-30 il öncəyə qədər birgə işləməkdən danışırdıqsa, artıq birgə yaşamaqdan danışırıq”.

presstvaz   xəbər verir ki, bu sözləri Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva “Peşə təhsilverəni: Yeni çağırışlar və perspektivlər” mövzusunda konfransında panel müzakirəsi zamanı deyib.

O bildirib ki, artıq bütün dünyada mədəniyyətlər bir yerə toplanıb:

“Birgə yaşamaq üçün vacib amil öyrənmək, öyrətmək, işləmək, dövlət iqtisadiyyatını inkişaf etdirmək, dünyanın rifahını yaratmaqdır”.

Direktor qeyd edib ki, artıq müəllimlərin mühazirələr oxuyaraq tələbələrə hazır biliklər verməsi önəmli amil deyil:

“Müəllimlər rəqəmsal, İKT bacarıqlarına sahib olmalıdırlar. Artıq təhsilalanlara hazır biliklər lazım deyil, çünki onlar bunu çox rahatlıqla öyrənə bilirlər. Hazırkı fərdlər texnologiya əsrinin nümayəndələridir. Tədris prosesində qruplarla iş, müzakirələrdən istifadə edilir. Bu iş üsullarını yaradanların məqsədi tələbənin tələbə ilə, tələbənin müəllimlə dil tapması, müzakirələrin aparılması, aparılan müzakirələri dinləmək bacarığına yiyələnməsi, dinlədiyi əsasında nəticə çıxarmağı bacarmaqdır”

O vurğulayıb ki, yaranan yeni tendensiya ilə biz ayaqlaşmasaq, 10 il sonra gecikmiş ola bilərik:

“Biz çalışmalıyıq ki, yeni tendensiyanı mənimsəyək. Müəllimlər rəqəmsal, İKT bacarıqlarına yiyələnməlidirlər. Bu gün istənilən müəllim tədris edəcəyi dərslə bağlı məlumatları süni intellektdən günlərlə düşünmədən əldə edə bilir. Həmçinin bu gün tələbələr də süni intellektdən peşəkar şəkildə istifadə edə bilirlər. Biz çalışmalıyıq ki, təhsil verilən məkan gedərək itməsin, yəni süni intellektdən istifadənin genişlənməsi ilə sıradan çıxan iş yerləri sıralarında yer almasın”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv