“McDonald’s Azərbaycan” IMEC olimpiadasında iştirak edən şəhid və qazi övladlarına dəstək oldu

“McDonald’s Azərbaycan” IMEC olimpiadasında iştirak edən şəhid və qazi övladlarına dəstək oldu






presstv

"Presstv"az #Avstraliya, #Azərbaycan, #Dövlət Sosial Müdafiə Fondu (DSMF), #McDonald's, #Təhsil, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın gənc istedadları Beynəlxalq Riyaziyyat İmtahan Mərkəzinin təşkil etdiyi IMEC (International Mathematics Examination Competition) Beynəlxalq Riyaziyyat Olimpiadasının seçim turunda iştirak ediblər.

Azərbaycanda keçirilmiş yerli seçim mərhələsində 2500 məktəbli, o cümlədən 44 günlük Vətən müharibəsinin şəhid və qazilərinin ailələrindən olan 23 məktəbli iştirak edib. Olimpiadada iştirak edən şəhid və qazi ailələrindən olan məktəblilərin qeydiyyat xərclərini tam olaraq “McDonald’s Azərbaycan” şirkəti qarşılayıb.

İştirakçılar sırasında olan şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun oğlu Araz Şadmanzadə qızıl medal qazanıb. A.Şadmanzadə aprel ayında Avstraliyanın Sidney şəhərində keçiriləcək olimpiadanın final mərhələsində Azərbaycanı təmsil edəcək, qaliblər sırasına daxil olub. “McDonald’s Azərbaycan” Arazın bu nüfuzlu yarışda iştirak və səfər xərclərini öz üzərinə götürüb.

Bundan əlavə, şəhid və veteran ailələrindən olan üç iştirakçı gümüş, dörd iştirakçı isə bürünc medala layiq görülüb. “McDonald’s Azərbaycan”ın təşəbbüsü və maliyyə dəstəyi ilə bu uşaqların “Sea Breeze”də keçiriləcək yay təhsil düşərgəsində iştirakı qərara alınıb. Burada onlar həm istirahət edə, həm də dəyərli bilik və bacarıqlar əldə edə biləcəklər.

Bu dəstək “McDonald’s Azərbaycan” şirkəti ilə Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir. İmzalanan memorandum korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsi üçün uzunmüddətli və səmərəli münasibətlərin qurulması və inkişafı məqsədilə əməkdaşlığın çərçivələrini müəyyən edir. Anlaşma Memorandumu həmçinin 44 günlük Vətən müharibəsi zamanı canından keçmiş şəhidlərin və müharibə veteranlarının övladlarına dəstək məqsədilə bir sıra birgə təşəbbüslərin həyata keçirilməsi üçün əsas rolunu oynayır.

“McDonald’s Azərbaycan” gənc nəslə inkişaf etmək və potensiallarını üzə çıxarmaq üçün imkanlar yaratmaqla korporativ sosial məsuliyyət missiyasını davam etdirir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv