Rusiyada qəribə hadisə: Gənc qız “təsadüfən” diş fırçasını udub

Rusiyada qəribə hadisə: Gənc qız “təsadüfən” diş fırçasını udub






presstv

"Presstv"az #Diş fırçası, #Həkim, #Moskva vilayəti, #Rusiya, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Moskva vilayətində 16 yaşlı qız dişlərini fırçalayarkən təsadüfən diş fırçasını udub.

presstvaz-ın Lenta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, gənc qız ürəkbulanma və döş qəfəsinin yuxarı hissəsində ağrı şikayətləri ilə həkimə müraciət edib.

Rentgen müayinəsi zamanı qızın mədəsində çəhrayı rəngdə diş fırçası aşkarlanıb. Qız bildirib ki, dişlərini fırçaladığı zaman diqqəti dağılıb və nəticədə diş fırçası harasa yoxa çıxıb.

Ümumi anesteziya altında və endoskopik alətin köməyi ilə yarım saat ərzində diş fırçası qızın mədəsindən çıxarılıb. Hazırda onun həyatı təhlükədə deyil.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv