Türk Hava Yollarından Dəməşqə ilk uçuş: Biletlər iki həftə əvvəldən satılıb

Türk Hava Yollarından Dəməşqə ilk uçuş: Biletlər iki həftə əvvəldən satılıb






presstv

"Presstv"az #Aya uçuş, #Bakı, #Beynəlxalq Hava Limanı, #Dəməşq, #Hava Yolları, #İran, #İsrail, #İstanbul, #Suriya, #Türk Hava Yolları (THY), #Türkiyə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türk Hava Yolları (THY) yenidən Suriyanın paytaxtı Dəməşqə uçuşlara başlayır.

presstvaz-ın xəbərinə görə, bu barədə “Turizm News” portalı məlumat verib.

Məlumata görə, Türk Hava Yollarının 13 illik fasilədən sonra yanvarın 23-də bərpa olunan İstanbul-Dəməşq aviareyslərinin biletləri iki həftə əvvəldən satılıb.

Bildirilir ki, İstanbul Beynəlxalq Hava Limanından Bakı vaxtı ilə saat 10:00-da reallaşdırılan ilk reysdə sərnişinlərin əhəmiyyətli hissəsini Türkiyə rəsmiləri təşkil edir. Uçuşlar geniş gövdəli “Airbus A330-203” təyyarələri ilə həyata keçiriləcək.

Suriyaya uçuşlar həftədə üç dəfə həyata keçiriləcək.

Xatırladaq ki, THY daha əvvəl İsrail və İran vətəndaşlarının şirkətin təyyarələrində Suriyaya səfər etməyəcəyini açıqlamışdı. Şirkətin saytında yenilənmiş məlumatda bildirilir ki, qadağa yalnız İsrail vətəndaşlarına şamil edilir. İran nümayəndələrinin Suriyaya daxil olması üçün isə yerli hakimiyyət orqanlarından icazə tələb olunur. Analoji qayda xarici KİV nümayəndələrinə də aiddir.

Aviaşirkət, həmçinin xəbərdarlıq edir ki, xarici bank kartları ilə xidmət və malların ödənilməsi mümkün olmadığı üçün xarici vətəndaşlar Suriyaya daxil olarkən mütləq şəkildə nağd valyutaya malik olmalıdırlar.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv