Sərxoş halda qəza törədib bir nəfərin ölümünə səbəb olan həkimin cəzası azaldıldı

Sərxoş halda qəza törədib bir nəfərin ölümünə səbəb olan həkimin cəzası azaldıldı






presstv

"Presstv"az #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Bakı Apellyasiya Məhkəməsi, #Binəqədi rayonu, #Hadisə, #Həkim, #Yol nəqliyyat hadisəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Emil Əlizadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

presstvaz   Pravda.az-a istinadən xəbər verir ki, hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib və E.Əlizadənin cəzası 5 il 1 aya endirilib.

İttihama görə, hadisə 2021-ci il martın 12-də saat 1 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəşid İsmayılov ilə Yəhya Hüseynov küçələrinin kəsişməsindəki Bakı-Sumqayıt şosesinin körpü hissəsinin aşağı istiqamətində qeydə alınıb. Belə ki, Emil Firdovsi oğlu Əlizadə sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi 99-UZ-598 dövlət nömrə nişanlı BMW markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb. Nəticədə avtomobildə olan sərnişin – Cəlilabad rayon sakini, 1994-cü il təvəllüdlü Şahin Mədətov hadisə yerində ölüb.

Sürücü və digər sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.

Xatırladaq ki, mətbuatda yayılan məlumata görə, Emil Əlizadə xəstəxanaların birində həkim işləyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv