Yerli startapın növbəti uğuru: “Microsoft”dan 150 000-ə qədər qrant xətti

Yerli startapın növbəti uğuru: “Microsoft”dan 150 000-ə qədər qrant xətti






presstv

"Presstv"az #ABŞ dolları, #Azərbaycan, #Dollar, #Microsoft, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan startap ekosistemində inqilabi yeniliklər gətirən “Innovation MediaServices” (InnMedia) yeni uğur qazanıb. Şirkət “Microsoft for Startups Founders Hub” proqramından 150 000 ABŞ dollarına qədər qrant xətti əldə edib. Bu maliyyə dəstəyi “InnMedia”nın yerli süni intellekt texnologiyalarını daha sürətlə inkişaf etdirmək və qlobal bazarda rəqabət gücünü artırmaq üçün nəzərdə tutulub.

Bu nailiyyət, “InnMedia”nın artıq əldə etdiyi uğurların və onun Azərbaycan mediası üçün təqdim etdiyi dəyərin bir daha sübutudur.

Xatırladaq ki, 2023-cü ilin sonunda fəaliyyətə başlayan “InnMedia”, artıq 80 000 AZN özəl investisiya cəlb edib və bu məbləğ şirkətin ilk mərhələdəki inkişafına güclü təkan vermişdi. Qeyd olunan vəsait əsasən süni intellekt əsaslı proqram təminatının prototipinin hazırlanmasına sərf olunmuşdu.

“Microsoft”un dəstəyi ilə əldə edilən bu qrant xətti, “InnMedia” məhsulun genişləndirmək və yeni texnologiyalar yaratmaq üçün kritik imkanlar açır.

“Microsoft for Startups Founders Hub” proqramı çərçivəsində təklif edilən texnoloji və resurs dəstəyi, “InnMedia”nın texniki bazasının və əməliyyat imkanlarının daha da genişləndirilməsinə şərait yaradacaq.

Hazırkı mərhələdə “InnMedia” əsasən süni intellekt və avtomatlaşdırma texnologiyalarını Azərbaycan mediasına tətbiq edərək, həm yerli, həm də beynəlxalq bazarda uğur qazanmağı hədəfləyir.

Hazırda “InnMedia” investorların cəlb olunmasının “pre-seed” mərhələsindədir. İnvestisiya raundlarında iştirak etmək istəyən investorlar: corporate@innmediaservices.com ünvana müraciət edə bilərlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv