İnsan hansı səbəbdən keçəlləşir? – MƏSLƏHƏTLƏR

İnsan hansı səbəbdən keçəlləşir? – MƏSLƏHƏTLƏR






presstv

"Presstv"az #Həkim, #Həkim məsləhəti, #Keçəlləşmə, #Keçəllik, #Rusiya, #Saç qulluğu, #Saç tökülmə, #Saç tökülməsi, #Saç uzanması

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gözəl və sağlam saçlar hər kəsin arzusudur. Lakin bəzən saç tökülməsi problemi ilə qarşılaşırıq. Bunun səbəbi orqanizmdə müəyyən maddələrin çatışmazlığı ola bilər.

presstvaz-ın “gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə tanınmış rusiyalı endokrinoloq Anna Nevolnikova danışıb.

O, saçların gözəlliyini qorumaqda vitaminlər və mikroelementlərin əhəmiyyətindən bəhs edib.

Mütəxəssisin sözlərinə görə, saç tökülməsinin səbəbi “D” vitamini çatışmazlığı ola bilər. Bu vitamin, hüceyrələrin, o cümlədən saç follikullarının böyüməsi və yenilənməsi prosesində mühüm rol oynayır.

“Orqanizmdə “D” vitamini çatışmazlığı saçların böyüməsinin yavaşlamasına və nazikləşməsinə səbəb ola bilər”, – deyə həkim xəbərdarlıq edib.

Həkim saç sağlamlığı üçün digər vacib elementin dəmir olduğunu qeyd edib.

“Dəmir çatışmazlığı zamanı saçlar quru, tutqun və kövrək olur. Dəmir oksigenin hüceyrələrə, o cümlədən saç follikullarına daşınmasında iştirak edir. Kifayət qədər oksigen olmadıqda saçlar öz gücünü və parlaqlığını itirir”, – deyə Nevolnikova əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv