Qorxunc əlamət: Meksika çimərliyində “Qiyamət günü balığı” tapıldı

Qorxunc əlamət: Meksika çimərliyində “Qiyamət günü balığı” tapıldı






presstv

"Presstv"az #Meksika, #Qiyamət günü balığı (Siyənək kralı), #Siyənək kralı, #Yaponiya, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Meksikada sahildə fəlakət xəbərçisi hesab edilən siyənək kralı tapılıb.

presstvaz-ın “Daily Mail”ə istinadla verdiyi məlumata görə, xalq arasında “Qiyamət günü balığı” kimi tanınan dərin su məxluqu kurort şəhəri Cabo San Lukasdakı ictimai çimərlikdə sörfçülər tərəfindən tapılıb.

Gənclər balığın quyruğunun bir hissəsi olmasa da, hələ də canlı olduğunu aşkar ediblər. Ehtimal olunur ki, siyənək kralı başqa bir dəniz yırtıcısı ilə döyüşdə zərər görüb. Sörfçülər balığı yenidən dənizə qaytarıblar.

Siyənək kralı dünya okeanının ən sirli balıqlarından biridir. 900 metrdən dərinlikdə yaşayan bu ilanabənzər varlıq 11 metr uzunluğa çata bilər.

Tarixçilər və alimlər qeyd edirlər ki, siyənək kralının su səthində görünməsi tez-tez böyük təbii fəlakətlərlə üst-üstə düşüb. Meksikalılar bu balıq çıxanda sunami təhlükəsinin yaxın olduğunu bildiriblər. 2011-ci ildə Yaponiyadakı dağıdıcı zəlzələdən əvvəl də bu balıq ölkənin sahillərində tapılmışdı.

Lakin “Qiyamət günü balığı” ilə fəlakətlər arasında birbaşa əlaqə hələ elmi cəhətdən sübut edilməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv