2024-cü ildə 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

2024-cü ildə 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib






presstv

"Presstv"az #Azərbaycan, #Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), #Nazirlər Kabineti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vergi güzəşti almış layihələr kənd təsərrüfatı, aqrar biznes, fintek, yaşıl iqtisadiyyat və elektron ticarət sahələrində innovativ həllərdir.

presstvaz   xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilib ki, 2024-cü ildə 104-ü mikro və 5 kiçik sahibkarlıq subyekti olmaqla “Startap” şəhadətnaməsi almaq üçün KOBİA ümumilikdə 109 müraciət daxil olub. Müraciətlərə “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən baxılıb və 65 KOB subyektinə “Startap” şəhadətbaməsi verilib. Şəhadətnamə almış sahibkarların 52-si hüquqi, 13-ü fiziki şəxs olmaqla, 62-si mikro və 3-ü kiçik sahibkardır.

“Startap” şəhadətnaməsi almış layihələr kənd təsərrüfatı, aqrar biznes, fintek, yaşıl iqtisadiyyat və elektron ticarət sahələrində innovativ həlləri özündə birləşdirir.

Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. Azərbaycanda innovativ sahibkarlığın inkişafı, startapların ideyalarının və startap ekosisteminin inkişafına dəstək məqsədilə Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə “Startapın müəyyən olunması meyarları” təsdiq edilib. Qərara əsasən, “Startap” şəhadətnaməsinin verilməsi 2021-ci ilin may ayından KOBİA tərəfindən həyata keçirilir. Mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsini əldə etmək üçün KOBİA-ya müraciət edə bilərlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv